Xırdalanda abadlıq işlərinə nə az, nə çox 2 milyon manatlıq müqavilə imzalayıb

14:41 - 27.10.2023


27 oktyabr, Fineko/abc.az. Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi Xırdalanda abadlıq işləri aparılması üçün 2 milyon manatlıq müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, nümayəndəlik müqaviləni  “Xəzər-Construction” MMC ilə bağlayıb.

Müqavilədə Xırdalan şəhərində abadlıq işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 1.927.615 manatdır.