11:44 - 27.10.2023
27 oktyabr, Fineko/abc.az. Hacıqabul Sənaye Məhəlləsində yeni istifadəyə verilən istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsində1500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, innovativ texnologiya əsasında müəssisədə istilik izolyasiya lövhələrinin istehsalı həyata keçirilir və istehsal prosesində xammal kimi ümumi təyinatlı polistroldan istifadə edilir.
100 faiz Rusiya kapitalı olan müəssisənin investisiya dəyəri 18,4 milyon manat təşkil edir.
Sənaye Məhəlləsinin 6,7 hektar ərazisində inşa edilmiş müəssisə dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, yol) təmin olunub.
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026