Fintex sektorunun inkişafı ilə bağlı bir sıra məqamlar açıqlanıb

11:49 - 26.10.2023


26 oktyabr, Fineko/abc.az. Ölkədə qanunlarda fintex sektorunun inkişafı ilə bağlı bir sıra vacib addım öz əksini tapıb.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən "Baku Fintech Forum 2023" adlı tədbirdə "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin sədri Ruslan Talıbov bildirib.

O qeyd edib ki, bunlardan biri açıq bankçılıqdır.

Onun sözlərinə görə, artıq "Sand box" xüsusi tənzimləmə rejimi qanuna daxil edilib və təşkilatlara fəaliyyətə başladıqdan sonra Mərkəzi Bankın nəzarəti altında qanunvericilikdə olmayan xidmətləri göstərmək imkanı yaradacaq.

Müəllif: Elmir Murad