Azərbaycanda daha bir BOKT-a lisenziya verildi

16:30 - 24.10.2023


24 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Nova Credit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə lisenziya verilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, “Nova Credit”i bu ilin mayında dövlət qeydiyyatına alıb. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Həsən Fazil oğlu İsrafilzadədir.

BOKT-nin Müşahidə Şurasının üzvi İsrafiov Fazil Ağa oğlu, üzvləri Süleymanlı Azər Bəxtiyar oğlu və Abbasov Kamran Maarif oğludur.