11:55 - 18.10.2023
18 oktyabr, Fineko/abc.az. Azərbaycanda pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi yaradılacaq.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, pilotsuz uçuş aparatı dedikdə bortunda pilot olmadan avtonom rejimdə uçan və ya məsafədən idarə edilən istənilən hava gəmisi başa düşüləcək.
Pilotsuz uçuş aparatının istismarı ilə bağlı vəzifələri icra edən və uçuş zamanı pilotsuz uçuş aparatını məsafədən avadanlıq vasitəsilə idarə edən fiziki şəxs pilotsuz uçuş aparatını məsafədən idarə edən pilot (operator) olacaq.
Pilotsuz uçuş aparatı sistemləri pilotsuz uçuş aparatı və onun məsafədən idarə edilməsi üçün avadanlıq hesab ediləcək.
Pilotsuz uçuş aparatının təhlükəsiz istismarını təmin edən və onun hissəsi olmayan, eləcə də bortunda daşınmayan hər hansı bir cihaz, ləvazimat , ehtiyat hissələri, əşya və ya proqram təminatı pilotsuz uçuş aparatının məsafədən idarə edilməsi üçün avadanlıqdır.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026