16:33 - 17.10.2023
17 oktyabr, Fineko/abc.az. Yanvar-sentyabr aylarında 31 milyon 11,69 min dollar dəyərində 71 min 70,47 ton kartof ixrac edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib. Hesabata əsasən, ixrac göstərciləri məbləğ ifadəsi ilə 4 milyon 74,06 min dollar (11,6%), miqdar ifadəsi ilə 7 145,05 ton (9,1%) azalıb.
Keçən ilin yanvar-sentyabr aylarında xaricə 35 milyon 85,75 min ABŞ dolları dəyərində 78 min 215,52 ton kartof ixrac edilmişdi.
Beləliklə bir ton kartofun ixrac qiyməti bu il 436 dollar, ötən ilin müvafiq dövründə 449 dollar təşkil edib. Bu göstərici son bir ildə 12 dollar, başqa sözlə 2,7% azalıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında kartofun ümumi ixracda xüsusi çəkisi 0.12%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.27%-ə bərabər olub.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026