Azərbaycanda “card-to-card” əməliyyatları üzrə mübahisələrin həlli müzakirə edilib

16:05 - 12.10.2023


12 oktyabr, Fineko/abc.az. "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyində ödəniş kartları ilə aparılan əməliyyatlarda tətbiq edilən interçeync xidmət haqları, ölkədaxili “card-to-card” tipli ödəniş əməliyyatları üzrə yaranan mübahisəli halların həlli və digər cari layihələr müzakirə edilib.

ABC.AZ ABA-ya istinadən xəbər verir ki, bu məqsədlə Assosiasiyanın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun “Zoom” platforması vasitəsilə növbəti onlayn iclası keçirilib.

ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib.