16:35 - 9.10.2023
9 oktyabr, Fineko/abc.az. Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın inflyasiya proqnozunu yeniləyib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, ING 2023-cü ilin dördüncü rübü istehlak qiymətləri indeksinin 3.6%, 2023-cü il üzrə isə 9.2% təşkil edəcəyini proqnozlaşdırıb.
Korporasiya hesab edir ki, 2024-2025-ci illərdə Azərbaycanda inflyasiya daha da azalacaq və 5.6%-ə enəcək.
Bundan əvvəl isə, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildə 10.1%-ə, 2024-cü ildə isə 6% təşkil edəcəyini proqnozlaşdırıb.
Azərbaycan İqtisadiyyat Nazirliyi isə 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9.5%, 2024-cü il üçün 5.3%, 2025-ci il üçün 4.9% təşkil edəcəyini açıqlayıb.
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026