Rubl 20 ölkə arasında ən zəif valyuta seçildi - Reytinq

12:00 - 9.10.2023


9 oktyabr, Fineko/abc.az. "G20" ölkələrinin dəyərinı görə ən zəif valyutası məlum olub.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, 20 ölkə arasında ən dəyərsiz pul Rusiya rublu seçilib.

Valyutaların reytinqi milli valyutaların məzənnəsi əsasənda hesablanıb. Yəni, ABŞ dollarına nisbətdə alıcılıq qabiliyyətinə diqqət yetirilib. Alıcılıq qabiliyyəti pariteti üzrə rublun məzənnəsi hazırkı məzənnədən üç dəfə aşağıdır və bir dollar üçün 32,07 təşkil edir.

Qeyd edək ki, reytinqdə ikinci yerdə İndoneziya rupisi qərarlaşıb.

Müəllif: Elmir Murad