12:27 - 4.10.2023
4 oktyabr, Fineko/abc.az. Cari ilin avqust ayında Azərbaycan banklarının digər sektorlara kredit qoyuluşu 678,9 milyon manat təşkil edib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin avqustu ilə müqayisədə 84,1 milyon manat və ya 14,1% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 594,8 milyon manat olub.
Aylıq müqayisədə isə 2,8 milyon manat, 0,2%-lik artım qeydə alınıb.
İyul ayında dövriyyədə olan kredit qoyuluşu 676,1 milyon manat təşkil edib.
Cari ilin əvvəlindən isə 36 milyon manat və 5,6% artım baş verib.
Belə ki, bu ilin yanvar ayında kredit qoyuluşu 642,9 milyon manat olub
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026