15:10 - 12.09.2023
12 sentyabr, Fineko/abc.az. 2023-cü ilin altı ayında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 45.7% artaraq 1.1 mlrd. ABŞ dolları olub.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın tədiyə balansına dair hesabatında qeyd edilib.
Hesabat dövründə turizm xidmətləri üzrə ixracın 589.4 mln. dollar olduğu halda, idxalı 488.2 mln. dollar olub. Beləliklə, turizm ixracının idxalı üstələməsi nəticəsində 101.2 mln. dollar həcmində profisit yaranıb. Turizmdən gələn gəlir illik müqayisədə 87% artıb.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16.3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 43.9% artıb.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 488.2 mln. dolları olub. Bunun 71.5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026