14:21 - 11.09.2023
11 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklarda korporativ idarəetmə Standartları”nı yenilənmiş varianta təsdiq edib.
ABC.AZ xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara görə, banklarda Korporativ İdarəetmə Komitəsi yaradılacaq. Bu komitələrin yaradılması tələbi Qərarın qüvvəyə mindiyi tarixdən 12 ay sonra tətbiq ediləcək.
Bundan başqa, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında” 2019-cu il 30 yanvar tarixli və “Banklarda korporativ idarəetmə Standartları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 27 iyun tarixli qərarları ləğv edilib.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026