11:30 - 6.09.2023
6 sentyabr, Fineko/abc.az. Bakı metropolitenində pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılır.
ABC.AZ xəbər verir ki, bu barədə Bakı metropolitenin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
O qeyd edib ki, bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.
Bu üsulla ödəməni həyata keçirmək üçün “BakıKart” mobil tətbiqini yükləmək lazımdır.
Pul kisəsində balansı ən azı 1 manat artırmaq; QR bilet (yaxud biletlər) yaratmaq (Bilet yalnız 5 dəqiqə etibarlıdır); Turniketlərdə QR bileti ödəmə displeyinə yaxınlaşdırmaq və keçmək.
Sadəcə, QR bileti yaratmaq üçün mobil telefonunuzun internetə çıxışının olması yetərlidir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026