Azərbaycana xaricdən pul köçürmələri azalıb

16:08 - 15.08.2023


15 avqust, Fineko/abc.az. Cari  ilin altı ayı ərzində Azərbaycana 890 milyon dollar məbləğində pul baratları daxil olub.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı” hesabatında qeyd edilir , bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 44,5 % azdır.