14:36 - 14.08.2023
14 avqust, Fineko/abc.az. Stabilkoin PYUSD istifadəyə verildikdən sonra PayPal ödəmə şirkəti "kriptovalyuta mərkəzi"ni (Crypto hub) işə salacaq.
ABC.AZ xəbər verir ki, Crypto hub PYUSD Stabilkoin və digər kripto aktivləri arasında konvertasiyada böyük rol oynayacaq.
Həmçinin PayPal istifadəçiləri bitcoin (BTC) və digər kriptovalyutaları saxlaya və əməliyyatlar apara biləcəklər.
Crypto hub yalnız "şəxsi PayPal hesabı və yaxşı vəziyyətdə balans hesabı olan" istifadəçilər üçün əlçatan olacaq. Şirkət həmçinin müştərinin adı, ünvanı, doğum tarixi və vergi nömrəsi kimi zəruri şəxsiyyət məlumatlarını yoxlayacaq.
Qeyd edək ki, avqust ayında PayPal, öz kriptovalyutasını kütləvi bazara çıxaran ilk böyük ödəniş şirkətlərindən birinə çevrilərək, dollarla ifadə olunan stabilkoinini işə saldı. Ödəniş xidmətindən olan stabilkoin PayPal USD və səhm kodu PYUSD adlandır.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026