Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 7,5 milyard dollar azalıb

10:56 - 11.08.2023


11 avqust, Fineko/abc.az. Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi avqustun 4-nə iyulun 28-nə olan 594 milyard dollara qarşı 586,6 milyard dollar təşkil edib. 

ABC.AZ xəbər verir ki,  bu barədə Rusiya Bankının saytında qeyd edilib.

Beləliklə, həftə ərzində Rusiyanın ehtiyatları 7,4 milyard dollar azalıb. Bir həftə əvvəl beynəlxalq ehtiyatlarda 1,9 milyard dollar azalma qeydə alınıb.

Ehtiyatlar iyulda 7,5 milyard dollar artdıqdan sonra yenidən azalmağa başlayıb. Eyni zamanda, iyunda göstərici 1,8 milyard dollar azalıb, mayın sonunda isə azalma 11,6 milyard dollar təşkil edib.
Mərkəzi Bankın məlumatına görə hazırda Rusiyanın ehtiyatlarının yarıdan çoxu təxminən 300 milyard dollar  sanksiyalara görə dondurulub.