ABB Naxçıvan sahibkarları üçün güzəştli kredit imkanları yaradır

16:15 - 7.08.2023


7 avqust, Fineko/abc.az. Sahibkarların etibarlı tərəfdaşı olan ABB maliyyə resurslarının ölkəmizin bütün regionlarında iş adamları üçün əlçatan olması üçün ardıcıl tədbirlər həyata keçirir. ABB ilə  Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu publik hüquqi  şəxs arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq çərçivəsində yerli sahibkarlara bizneslərini inkişaf etdirmək üçün güzəştli kreditlər veriləcək.

ABB-nin nümayəndə heyətinin Muxtar Respublikaya  səfəri zamanı Naxçıvan  Biznes Mərkəzində  görüş keçirilib. Bölgədə biznesin inkişafı üçün birgə fəaliyyət imkanları dəyərləndirilib.  ABB  təmsilçiləriBiznes Mərkəzində yerli istehsal məhsullarının sərgisi ilə  də  tanış olublar.

Bankın korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, ABB-nin  Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu  iləəməkdaşlığı regionda real sektorun inkişafına töhfə  verəcək:  “Yerli sahibkarların maliyyə  resurslarına çıxış imkanları genişlənəcək. Onlar güzəştli şərtlərləkreditlər  əldə  edəcəklər. Naxçıvanda fəaliyyət göstərən iş adamları ABB-nin Naxçıvan filialına müraciət edərək bu imkanlardan faydalana bilərlər”.

ABB-nin müasir, faydalı və  universal məhsul və  xidmətləri barədə  məlumatları Bankın filial və  şöbələrindən,  https://abb-bank.az/     rəsmi internet səhifəsindən və  ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.