Qiymətli kağızlar üzrə keçirilən əməliyyatlar 19% artıb 

11:26 - 3.08.2023


3 avqust, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) 2023-cü ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9,777,082,198 manat təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% böyümə qeydə alınıb. 

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 27%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 39% böyümə, repo əməliyyatları üzrə 61% artım olmuşdur. 

O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfə artıb.

2023-cü ilin iyul ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası  4,900,144,490 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 20% böyümə qeydə alınmışdır.