16:32 - 28.07.2023
28 iyul, Fineko/abc.az. Mərkəzi Bank (AMB) “Kapital Bank” ASC-ni nağd pulla bağlı xidmətlərin göstərilməsi sahəsində operator bank müəyyən edib.
ABC.AZ xəbər verir ki, bu barədə tənzimləyici qurum məlumat yayıb.
Məlumata görə, Mərkəzi Bank nağd pulla bağlı biznes proseslərin optimallaşdırılması, eləcə də banklarda müasir texnoloji sistem və avadanlıqların tətbiqi ilə nağd pulun idarə edilməsində effektivliyin və səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin banklara ötürülməsini həyata keçirir.
Bu çərçivədə ilk dəfə öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı, digər banklardan və poçt rabitəsinin milli operatorundan alınmış kağız milli pul nişanlarının avtomatlaşdırılmış emal avadanlığında çeşidlənməsini həyata keçirərək birbaşa və ya digər kommersiya bankları vasitəsilə təkrar tədavülə buraxılması üçün müəyyən edilmiş tələblərə cavab verən banklardan operator bankların seçilməsinə başlanılıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026