Bir xəstəxananın təmiri 15,1 milyon manata ediləcək

16:19 - 28.07.2023


28 iyul, Fineko/abc.az. İcbari Tibbi Sığorta Agentliyi “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması tenderinin nəticələrini elan edib.

ABC.AZ xəbər verir ki, tikinti işlərini "Orn Group" həyata keçirəcək.

Qalib şirkətə 15 071 218 manat ödəniləcək.