14:31 - 21.07.2023
21 iyul, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sistemi (FED) yeni sistemi istifadəyə verib.
ABC.AZ xəbər verir ki, FED ani ödənişlər üçün yeni “FedNow” sisteminin istifadəyə verildiyini açıqlayıb.
Açıqlamada qeyd olunub ki, istənilən ölçüdə banklar və kredit ittifaqları bu sistemdən istifadə edərək günün istənilən vaxtında, ilin istənilən vaxtında müştərilərinə anında pul köçürə bilərlər.
ABŞ Maliyyə Nazirliyinin Maliyyə Xidmətləri Bürosundan əlavə, hazırda 35 bank və kredit ittifaqı “FedNow”dan istifadə edir və 16 xidmət provayderi banklar və kredit ittifaqları üçün ödəniş əməliyyatlarını dəstəkləməyə hazırdır.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026