Nizamnamə kapitalı artan BOKT-lar

11:11 - 21.07.2023


21 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 7-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bunlar, “MJ Financial Services”, “Birkart”, “Optimal Finance”, “Aqrarkredit”, “Falcon Finance”, “Fintrend” və “Azərbaycan Mikro-Kredit”dir.

Ən yüksək dinamika “MJ Financial Services”də (4,3 dəfə), ən aşağı dinamika isə “Azərbaycan Mikro-Kredit”də (4,9%) qeydə alınıb.

2 BOKT-un – “Azmikroinvest” və “Azəri Star Mikromaliyyə”nin isə nizamnamə kapitalı azlaıb.

Qalan 43 BOKT-un nizamnamə kapitalı dəyişməyib.