10:29 - 21.07.2023
21 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 6-nın bu il yanvarın 1-nə nizamnamə kapitalı 15 milyon manatdan çox olub.
ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bunlar, “Aqrarkredit” (45,339 milyon manat), “Birkart” (31,358 milyon manat), “Para” (29,266 milyon manat), “M Bulak” (10,408 milyon manat), “Embafinans” (10 milyon manat) və “PSG Finans”dır (10 milyon manat).
Qalan 46 BOKT-dan 15-nin nizamnamə kapitalı 1-10 milyon manat arasında, 2-nin nizamnamə kapitalı 1 milyon manat, 14-nün nizamnamə kapitalı 300 min manatdan 1 milyon manata qədər, 13-nün nizamnamə kapitalı 300 min manat, 2-nin nizamnamə kapitalı isə 300 min manatdan azdır.
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026