Öhdəlikləri artan BOKT-lar

10:56 - 19.07.2023


19 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 18-nin bu il yanvarın 1-nə öhdəlikləri illik müqayisədə az olub.

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bunlar, “Aqrarkredit”, “TCF”, “TBC Kredit”, “Optimal Finance”, “Premier Kredit”, “Effektinvest”, “Pro Kredit”, “Brand Credit”, “Nas Project”, “Para”, “Azkredit”, “Azmikroinvest”, “Finans İnvest”, “Qafqaz-Kredit”, “Caspian İnvest”, “Kredit Servis”, “İcraçı Kredit Agentliyi” və “Birkart”dır.

Ən çox azalma “Birkart”da (97,7%), ən az azalma isə “Aqrarkredit”də (1%) qeydə alınıb.

2 BOKT-un - “Aset Maliyyə Texnologiyaları” və “Finkapital” ın öhdəlikləri ötən il formalaşıb.

2 BOKT-un – “Azəri Star Mikromaliyyə” və “Azinvestkredit”in öhdəlikləri dəyişməyib.

Qalan 30 BOKT-un isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Fintrend”də (24,2 dəfə), ən aşağı dinamika isə “Finoko” və “PSG Finans”da (2,1%) qeydə alınıb.