Hansı Bankın altı ayda kredit portfeli 19 faizə yaxın artıb?

16:09 - 14.07.2023


14 iyul, Fineko/abc.az. Cari ilin ilk 6 ayında ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 657 milyon 354 min manat və ya 18,6% artaraq 4 milyard 187 milyon 936 min manata çatıb.

ABC.AZ xəbər verir ki, ötən ilin sonunda Bankın kredit portfeli 3 milyard 350 milyon 582 min manat təşkil etmişdi.

O cümlədən, Bankın biznes kreditləri portfeli 343 milyon 338 min manat artaraq 1 milyard 981 milyon 275 min manata, ipoteka kreditləri portfeli isə 126 206 min manat artaraq 1 milyard 46 milyon 143 min manata yüksəlib. 30 iyun 2023-cü il tarixində ABB 11 milyard 749 milyon 456 min manat cəmi aktivlərə malik olub.  

Cari ilin ilk 6 ayında ABB-də cəmi depozitlər 2 milyard 97 milyon 386 min manat və ya 19.75% azalaraq 8 milyard 524 milyon 966 min manata düşüb. O cümlədən, hüquqi şəxslərin depozitləri 2 milyard 209 milyon 485 min manat və ya 25,4% azalaraq 6 milyard 505 milyon 787 min manata düşüb, fiziki şəxslərin depozitləri isə 112 milyon 100 min manat və ya 5,9% artaraq 2 milyard 19 milyon 179 min manata çatıb.