Əməliyyat xərcləri 39,9 faiz artan BANK

15:50 - 14.07.2023


14 iyul, Fineko/abc.az. 2023-cü ilin birinci yarısında Azərbaycan Beynəlxalq Bankın (ABB) cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 64 milyon 480 min manat və ya 39.9% artaraq 224 milyon 571 min manat təşkil edib.

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, ötən ilin birinci yarısında ABB-nin cəmi əməliyyat xərcləri 160 milyon 491 min manat təşkil etmişdi. 

2023-cü ilin birinci yarısında ABB-nin faiz xərcləri 29 milyon 311 min manat artaraq 64 milyon 972 min manata, qeyri-faiz xərcləri isə 34 milyon 769 min manat artaraq 159 milyon 599 min manata yüksəlib. 

ABB 2023-cü ilin birinci yarısını 244 milyon 593 min manat əməliyyat mənfəəti ilə bağlayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69 milyon 588 min manat çoxdur. Bank ötən ilin eyni dövrünü 175 milyon 4 min manat əməliyyat mənfəəti ilə başa vurmuşdu.