Azərbaycanda pomidor ixracından gəlirlər 5%-ədək azalıb

11:19 - 14.07.2023


14 İyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan 120 milyon 730 min dollar dəyərində 108 min 118 ton pomidor ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 4,8% və ya 6 milyon 138 min dollar azalıb, miqdarı isə 2,2% və ya 2 min 338  ton artıb.

2022-ci ilin ilk 6 ayında Azərbaycandan 126 milyon 868 min dollar dəyərində 105 min 780 ton pomidor ixrac edilib.

Bir ton meyvə-tərəvəzin ixrac qiyməti 2022-ci ilin 6 ayında 1199 dollar ikən, 2023-cü ilin 6 ayında 1117 dollar olub.

Meyvə-tərəvəzin orta ixrac qiyməti son bir ildə 83 dollar, başqa sözlə 6,9% aşağı düşüb.

Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 0.67%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 6,81%-ə bərabər olub.