16:36 - 13.07.2023
13 iyul, Fineko/abc.az. İranın Bakıdakı klinikası bağlanıb.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən İran klinikası mart ayından fəaliyyətini dayandırıb.
Yaxınlıqda fəaliyyət göstərən obyekt sahiblərindən də klinikanın bağlanıb-bağlanmadığı dəqiqləşdirilib. Hər kəs eyni sözü deyib: Klinika bağlanıb!
Klinikanın görüntülərindən də aydın görünür ki, adı (İran klinikası) tamamilə divardan sökülüb.
Qeyd edək ki, klinikanın iş nömrələri ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz nəticəsiz qalıb.