Bakıdakı İran klinikası bağlandıBakıdakı İran klinikası bağlandı

16:36 - 13.07.2023


13 iyul, Fineko/abc.az. İranın Bakıdakı klinikası bağlanıb.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən İran klinikası mart ayından fəaliyyətini dayandırıb.

Yaxınlıqda fəaliyyət göstərən obyekt sahiblərindən də klinikanın bağlanıb-bağlanmadığı dəqiqləşdirilib. Hər kəs eyni sözü deyib: Klinika bağlanıb!

Klinikanın görüntülərindən də aydın görünür ki, adı (İran klinikası) tamamilə divardan sökülüb.

Qeyd edək ki, klinikanın iş nömrələri ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz nəticəsiz qalıb.