Türkiyədə illik inflyasiya ardıcıl azalmaqda davam edir

15:22 - 5.07.2023


5 iyul, Fineko/abc.az. Türkiyədə illik inflyasiya ardıcıl yeddi aydır ki, azalmaqda davam edir.

ABC.AZ Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, iyun ayında inflyasiya 38,21%-ə kimi azalıb. Ötən ay bu rəqəm 39,59% təşkil etmişdi.

Qeyd edək ki, iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3,92%, 2022-ci ilin dekabr ayına görə isə 19,77%-ə kimi azalıb.