"Goldman Sachs" böhranla üzləşib

15:52 - 25.06.2023


25 iyun, Fineko/abc.az. Dünyanın ən böyük banklarından biri olan "Goldman Sachs" əməliyyatların azalması fonunda böhranla üzləşib.

ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Dünyanın ən böyük investisiya banklarından birinin - ABŞ-ın "Goldman Sachs"ın rəhbərliyi əməliyyatların azalması fonunda yaxın gələcəkdə dünya üzrə 125-ə yaxın idarəedici direktoru ixtisar edəcək.

Artıq bank top-menecment arasında işdən çıxarılma prosesinə başlayıb.

Bankın təmsilçiləri bu məlumatı təsdiq və ya təkzib etməyib, şərh verməkdən imtina ediblər.