Azərbaycanda depozit hesabları bu qədər artıb – Hesabat

10:28 - 24.06.2023


24 iyun, Fineko/abc.az. Azərbaycanda müştərilərin depozit hesablarının sayında artım qeydə alınıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-may aylarında müştərilərin depozit hesablarının sayı 302 min 447  ədəd olub.

Bu da illik müqayisədə 31 min 063 ədəd, yaxud 11,4%, aylıq müqayisədə  924 ədəd, yaxud 0,3% artım deməkdir.

Belə ki, 2022-ci ilin  yanvar-may aylarında müştərilərin depozit hesablarının sayı 271 min 384 ədəd, cari ilin yanvar-aprel aylarında 301 min 523 ədəd olub.