İngiltərə Bankı uçot dərəcəsini son 15 ilin ən yüksək həddinə çatdırıb

17:23 - 22.06.2023


22 iyun, Fineko/abc.az. İngiltərə Bankı (BoE) uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 4,5 %-dən 5%-ə çatdırıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, uçot dərəcəsinin 2008-ci ildən bəri ən yüksək həddidir, bu ilin fevral ayından bəri isə ən böyük faiz artımıdır.