Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 15%-ə qaldırıb

15:30 - 22.06.2023


22 iyun, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

ABC.AZ xəbər verir ki, bu barədə qurumdan bildirilib. Məlumatda qeyd edilib ki, iclasda uçot dərəcəsi 6,5 faiz bəndi artırılaraq 8,5 %-dən 15 %-ə qaldırılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il fevralın 23-də keçirilmiş iclasında 9 %-dən 8,5 %-ə endirilmişdi. Bugünki faiz artımı 27 aylıq fasilədən sonra ilk dəfə baş tutur.

“İnflyasiya proqnozunda əhəmiyyətli yaxşılaşma əldə olunana qədər, lazım olduqca və lazımi ölçüdə pul siyasəti mərhələli şəkildə sərtləşdiriləcək”, – deyə TMB bəyan edib.