Son 5 ildə ilk dəfə bankların nağd dollar alışı satışını üstələyib - Mərkəzi Bank

12:08 - 21.06.2023


21 iyun, Fineko/abc.az. Azərbaycanda 2018-ci ildən bəri ilk dəfə bu ilin 5 ayında banklar tərəfindən nağd ABŞ dollarının alışları satışları üstələyib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib. 

“Bu dövrdə mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45% çox olub. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8,4 %, 2023-cü ilin 5 ayında isə 5,1 % möhkəmlənib. Son aylarda mövsümi amillər də inflyasiyaya azaldıcı təsir göstərir”, – deyə Mərkəzi Bankın açıqlamasında qeyd olunub.