Azərbaycanda bu növ geyimlərin istehsalı artıb

11:36 - 16.06.2023


16 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 1331,6 min cüt corab məmulatları istehsal edilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, əvvəlki ilin eyni dövrü ilə corab məmulatları istehsalı  224,8 min cüt və ya 14,4% (0,9 dəfə) azalıb.

2022-ci ilin yanvar-may aylarında bu göstərici 1556,4 min cüt təşkil edib.

2023-cü ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 24,9 min cüt təşkil edib. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə  9,22 min cüt yaxud 27,0% (1,4 dəfə)  azdır. 

2022-ci ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 34,1 min cüt olub.