16:00 - 25.05.2023
25 may, Fineko/abc.az. Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox (215 milyard dollar) aktivini dondurub.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Kristian Viqand deyib. O bildirib ki, İttifaq bu addımı Rusiyanın Ukraynaya vurduğu ziyana görə atırlar.
Viqand Rusiya Mərkəzi Bankının dondurulmuş aktivi ilə bağlı rəqəmləri də təsdiqləyib.
Aİ həmçinin Ukraynaya müdaxilədən sonra 14 aydan çox müddətdə Rusiyanın şəxsi aktivlərindəki 24,1 milyard avronu dondurub. Aİ 1500 nəfərin varlığını dondursa da, rus milyarderlərinin varlığını aşkar edib dondurmaqda çətinlik çəkir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026