Valyuta hərracında tələb 76,6% artıb

12:33 - 23.05.2023


23 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, mayın 23-də keçirilən valyuta hərracında bankların tələbi $33,9 mln təşkil edib və tam təmin edilib. Bu, son hərracda olduğundan $14,7 mln və ya 76,6% çoxdur.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Mayın 18-də valyuta hərracında Mərkəzi Bank banklara $19,2 mln satıb.