Azərbaycan kondensatla birlikdə xam neft hasilatını illik hesablamada 8 faiz azaldıb

16:05 - 19.05.2023


19 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi yanvar-aprel aylarında əmtəə qazının hasilatının artdığını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda kondensatla birlikdə 10,228 milyon ton xam neft hasil olunub ki, bunun təqribən 10,202 milyon tonu əmtəə neftinin payına düşüb.

Beləliklə, Azərbaycan kondensatla birlikdə xam neft hasilatını illik hesablamada 8 faiz azaldıb.

Həmçinin əmtəə neftinin hasilatı il ərzində 8 faiz azalıb.

Qeyd edək ki, Azərbaycan təbii qazın 8,4 milyard kubmetrini xarici bazarlara ixrac edib. Yanvar-aprel aylarında Azərbaycan Avropaya (3,9 milyard kubmetr), Türkiyəyə (3,4 milyard kubmetr) və Gürcüstana (1,1 milyard kubmetr) təbii qaz ötürüb. Hesabat dövründə TANAP vasitəsilə Türkiyəyə 1,9 milyard kubmetr təbii qaz ixrac olunub.