Rusiya şirkətləri dondurulmuş aktivlərinin təxminən 37,5 milyard dollarını geri ala biliblər

17:19 - 16.05.2023


16 may, Fineko/abc.az. Rusiyanın Qərb ölkələrində dondurulmuş aktivləri ilə bağlı müxtəlif ssenarilər dəyərləndirilir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bildirib. O qeyd edib ki, aktivləri dondurulan bəzi Rusiya şirkətləri üçün müxtəlif tədbirlər həyata keçirilir.

“Ancaq dondurulmuş aktivlərin (Rusiyada dondurulmuş aktivlərlə) kollektiv şəkildə mübadiləsi siyasi məsələdir və bütün tərəflərin razılığı lazımdır. Bunun yaxın gələcəkdə baş verəcəyini düşünmürəm”.

Nabiullina həmçinin bildirib ki, Rusiya şirkətləri dondurulmuş aktivlərin təxminən 3 trilyon rublunu (təxminən 37,5 milyard dollar) geri ala biliblər.