Bu BOKT ötən ili 400 min manat xalis zərərlə başa vurub

11:33 - 15.05.2023


15 may, Fineko/abc.az. "SF Azerbaijan BOKT" 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb. 

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə şirkətin faiz gəlirləri cəmi 270 manat olub. Bundan başqa, şirkət məzənnə fərqinin dəyişməsindən 15,4 min manat gəlir əldə edib. Bu dövrdə  «"SF Azerbaijan BOKT"un xərcləri isə 416 min manat olub. 

Nəticədə BOKT 2022-ci ili 400 min manat xalis zərərlə tamamlayıb. 

Xatırladaq ki, şirkət 2021-ci ilin sonunda yaradılıb və bir həftə fəaliyyət göstərdiyi 2021-ci ili də böyük – 339 min manat zərərlə başa  vurub.