17:23 - 8.05.2023
8 may, Fineko/abc.az. Uarren Baffet ABŞ iqtisadiyyatı ilə bağlı bir sıra açıqlamalar verib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Berkshire Hathaway”in icraçı direktoru Uarren Baffet 2023-cü ildə şirkət gəlirlərinin düşməsinə diqqət çəkərək ABŞ iqtisadiyyatının ən yaxşı dövrünün sona çatdığını bildirib.
Baffetin sözlərinə görə, ABŞ və Çin bir-birini çox sıxışdırmamalıdır.
“Berkshire Hathaway”in baş direktoru nəzarət etdiyi kapitalı Tayvanda yox, Yaponiyada yerləşdirməyə üstünlük verdiyini və geosiyasi səbəblərin onun firmasının çip istehsalında payını azaltmasına təəssüfləndiyini bildirib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026