15:41 - 8.05.2023
8 may, Fineko/abc.az. "Biznesdə hərənin öz payı, öz işi olmalıdır, mən tərəfdarıyam ki, rəqabət olmalıdır. Rəqabət olmayanda olmayanda ticarət, istehsalat, və sair sahələrdə inkişaf olmayacaq".
ABC.AZ xəbər verir ki, bunu “Günay Bank” və “Günay sığorta” şirkətlərinin sahibi Mahmud Məmmədov jurnalist Eynulla Fətallayevə müsahibəsində bildirib.
Öz biznes karyerası və “Günay Bank”ın fəaliyyəti barədə danışan Mahmud Məmmədov, bir il əvvələ qədər Mərkəzi Banka rəhbərlik etmiş Elman Rüstəmovdan narazılığını bildirib. O vaxtilə Mərkəzi Bankın sədri Elman Rüstəmovun “Günay Bank”ın fəaliyyətinə mane olduğunu da açıqlayıb, onun banklar arasında ayrı-seçkilik etdiyini bildirib: “Bilmirəm ona nə etmişdim, amma hərtərəfli mane olurdu, bizə çox qısqanclıqla yanaşırdı”.
M.Məmmədov bildirib ki, bankın ehtiyacı olsa da, Mərkəzi Bank “Günay Bank»a vəsait ayırmayıb.
“Elə banklar vardı ki, 500-600 milyon manat kredit verirdi, bizə isə 1-2 milyon manat kredit verməyi də çox görürdü”-deyə bankir bildirib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026