Manatla bağlı mühüm açıqlama

15:10 - 3.05.2023


3 may, Fineko/abc.az. Mərkəz Bankı milli valyutanın - manatın nominal dəyərinin artırılmasını, daha yüksək nominallı yeni əskinasların dövriyyəyə buraxılmasını planlaşdırmır.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.

"Sonuncu dəfə 44 günlük Vətən Müharibəsindəki qələbəyə həsr olunmuş 500 manatlıq xatirə əskinasları məhdud sayda dövriyyəyə buraxılıb və daha yüksək nominallı yeni əskinasların dövriyyəyə buraxılması gözlənilmir. Buna ehtiyac da yoxdur", - deyə o qeyd edib.