Cari ildə banklar 267.9 mln. manat xalis mənfəət əldə ediblər

10:56 - 3.05.2023


3 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-mart aylarında banklar 267.9 mln. manat xalis mənfəət, 392 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin I rübü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 54% və 42% artmışdır.