“Credit Suisse” necə iflas oldu?

14:59 - 1.05.2023


1 may, Fineko/abc.az. Daha əvvəl xəbər verdiyimiz kimi, Avropanın və İsveçrənin ən böyük banklarından biri olan “Credit Suisse” iflas edərək USB tərəfindən alınmışdı.

ABC.AZ-ın məlumatına görə, “Credit Suisse”nin çöküşü 2022-ci ilin 2-ci rübündən başlayıb.

Belə ki, 2022-ci ilin 1-ci rübünü 8,5 milyard dollarlıq mənfəətlə başa vuran bank, 2-ci rübü gözlənilmədən 8,3 milyard dollarlıq ziyanla tamamlayıb.

2022-ci ilin 4-cü rübündə bu zərər artıq 119 milyard dolları keçmişdi.