Mərkəzi Bank ötən il 21 maliyyə bazarı iştirakçısını yoxlayıb

15:07 - 26.04.2023


26 aprel, Fineko/abc.az. 2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 5 bankda, 4 bank olmayan kredit təşkilatında (BOKT), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-də, 4 sığorta şirkətində, 1 sığorta agentliyində, 2 sığorta və təkrarsığorta brokerində hərtərəfli yoxlama, 4 bankda tematik yoxlama aparıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın illik hesabatında qeyd edilib.

Beləliklə, yoxlamalar 21 maliyyə bazarı iştirakçısını əhatə edib.

İl ərzində xüsusilə bank sektorunun maliyyə dayanıqlılığı diqqətdə saxlanıb, sektorda olan kredit riskləri, xarici valyuta bazarında trendlər və dollarlaşma prosesləri mütəmadi izlənilib, geosiyasi proseslərin təsiri nəticəsində aktuallığı artmış hesablaşma kanalları monitorinq edilib, bankların cari maliyyə vəziyyəti qiymətləndirilib. Son nəticədə nəzarət tədbirləri hesabına bankların maliyyə dayanıqlılığı qorunub, əhalinin sektora inamı artıb.