16:04 - 25.04.2023
25 aprel, Fineko/abc.az. Avropada 16 maliyyə xidməti provayderi gələn ilin əvvəlində yeni ödəniş sistemini işə salmağı planlaşdırır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Avropadakı banklar öz ödəniş xidmətlərini işə salmağı planlaşdırır.
Təşəbbüsdə Niderlandın “ABN Amro” və “Rabobank” maliyyə institutları iştirak edib.
Sözügüdən ödəniş sistemi PQI adlanır.
Ödəniş sisteminin pilot tətbiqinə 2023-cü ilin sonunda Fransa və Almaniyada başlanacaq, tətbiqi isə 2024-cü ildə digər ölkələrə yayılacaq.
Bu arada, bəhs olunan ödəniş sisteminin ABŞ-ın Avropada geniş istifadə olunan “Visa” və “Mastercard” ödəniş sistemləri ilə rəqabət aparacağı gözlənilir.
Müəllif: Elmir Murad
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026