Ödənişli xidmətlərdən dövlət büdcəsinə daxilolmalar 20% artıb

10:10 - 18.04.2023


18 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən 198,4 milyon manat vəsait daxil olub.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% çoxdur.

Hesabat dövründə büdcəyə sair daxilolmalar isə 63,2 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 18,6% çoxdur.