Faiz dərəcələrini artıran qərar dəyişilir

12:03 - 17.04.2023


17 aprel, Fineko/abc.az. Yüksək inflyasiya ilə mübarizə üçün bir müddətdir faiz dərəcələrini artıran Avropa Mərkəzi Bankı bu qərarı dəyişir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransa Bankının prezidenti və Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Fransua Villeroy de Galhau bildirib.

O, qeyd edib ki, inflyasiya ilə mübarizə məqsədilə faiz dərəcələri lazımi həddə qaldırılıb.

"Biz səyahətin çox hissəsini başa vurduq və faiz artımının gecikmiş təsirlərinə baxmalıyıq. Keçmiş qərarların təsiri, bəlkə də, gələcək görüşlərdə qiymət artımlarının təsirindən daha vacibdir" – deyə Villeroy de Galhau bildirib.